door

Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan.

Maşından əsə-əsə düşürsən.

Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan.

Səni şok bürüyür.

Tabutdakı insan SƏN özünsən.

Ən yaxın dostun sənin haqqında danışır. Ailə üzvlərin səni yada salırlar. Sən geriyə dönüb öz həyatına baxırsan…

Həyatda nələr etdim?

Nələr öyrəndim?

Xoşbəxt idimmi?

Başqalarını xoşbəxt etdimmi?

“Əşşi, hələ o vaxta çox var…” Ağlından indi bu keçir yəqin.

Yadındadırmı, 2000-ci ildə hamı dünyanın dağılacağını gözləyirdi, bütün ekstrasenslər hay-küy salmışdılar ki, dünyanın sonu çatıb. Biz də 1999-cu il 31 dekabrda qorxu (ya da yorğan-döşək) içində gecə saat 12 olmasını gözləyirdik. Bax, o hadisənin üstündən 14 il keçib. ON DÖRD il – beş min yüz gün! Sən də, mən də 14 il qocalmışıq. 14 il!

GƏLƏCƏK 14 İLLƏR DƏ BELƏ KEÇƏCƏK!

İnsanların çoxu maqazindən nisyə mal almış müştəri kimi özləri ilə üzləşməkdən qaçırlar.

Məktəbi bitirib valideynlərin seçdiyi fakültədə oxuyub qurtarır, valideynin köməyi ilə ortabab bir iş tapıb valideynin tapdığı biri ilə evlənir, uşaqları olur, saçları ağarır, dişləri tökülür və ölürlər.

Amma heç vaxt oturub papaqlarını qabaqlarına qoyub fikirləşmirlər ki, bəlkə kosmonavt olmaq, ya Antarktidaya gedib pinqvinləri araşdırmaq, ya Bora-Bora adalarına (bəli, belə bir ada mövcuddur) köçüb yaşamaq, ya da Meksika yeməkləri (mmm… burrito…) üzrə aşpaz olmaq istəyirlər?

Hərdən ürəklərindən belə dəli arzular keçir, onda var – gücləri ilə o səsi susdururlar ki, ‘BAŞIN XARAB OLUB’?

Yaşamaq (mövcud olmaq yox, doğrudan yaşamaq) cəsarət tələb edir.

Əgər bu gün etdiyin işi sevmirsənsə, həyatda olduğun yerdən razı deyilsənsə, deməli papağı qabağına qoyub mikrofonu ürəyə vermək vaxtıdır. Həyatındakı dəyişiklik etmək vaxtıdır. Oturub mızıldamaq yox, hərəkət etmək vaxtıdır. Başqalarını tənqid etmək yox, özünü inkişaf etdirmək vaxtıdır.

Ürəyindən keçənləri dinlə – arzularının, maraqlarının arxasınca get – ürəyin başı heç vaxt xarab olmur.

Bilirəm, baban bunu sənə demişdi, amma..

HƏYAT DOĞRUDAN DA ÇOX QISADIR


21 responses to “14 il əvvəl və 41 il sonra”

  1. Aynur Avatar
    Aynur

    Növbeti uğurlu yazı. Tebrikler Şebnem 👍

    1. HelloKishi Avatar

      Teshekkurler, Aynur! ❤️

  2. Fagan Avatar
    Fagan

    Daha bir sevimli və dəfələrlə oxuyacağım yazı. Təşəkkürlər.

    1. HelloKishi Avatar

      Menim sevimli oxucularimdan bir Fagan. Minnetdaram!

  3. Roya Avatar
    Roya

    Qatıliram 🙂 Ne isteyirikse onu etməliyik 🙂
    Məqalə əla alınıb. Təşəkkürlər Şəbi :*

  4. Aydan Chiragli Avatar
    Aydan Chiragli

    Her defe sizin yazilari oxuyanda,oz.meqsedlerimi heyata kecirmeye daha cox can atiram,cox sagolun ki,bizle bolusursunuz 🙂

  5. Gulyaz Avatar
    Gulyaz

    Super.Halaldi.!!!!

  6. Lea Avatar
    Lea

    İlahii!buna nece de ehtiyacım var idi!Çox ela hiss eledim,bezi planlarım var ve bunu mütleq heyata keçirmeye çalışacam ele indi bu deqiqeden!Özüme inanacam!🙏💋😊😊

  7. Zulfiyye Avatar
    Zulfiyye

    Cox xosuma geldi. Biz seninle Berlinde tanis olmusduq, amma bu qeder gozel yazdigini bilmezdim. Ehsen!!!

    1. HelloKishi Avatar

      Oxuduğun üçün təşəkkür edirəm, Zülfiyyə! xo

  8. Chateau De Lionne Avatar

    No comments. So true. Great!

  9. Aynur Avatar
    Aynur

    Shebnem xanim sizin yazilarinizi oxuyuram ve heqiqeten de inanilmaz derecede ozume guven artir. ve inanirsiz men artiq heyatimi deyishdirmek isteyirem. eynilikden bezmishem ve sizin motivasyaverici meqaleleriniz sayesinde dushunurem ki, tezlikle shexsi meqsedimi heyata kechirtmek yolunda addimlar atacam 🙂 yaxshi ki, bu sayti tapdim. chox sagolun deyerli fikirlerinize gore 🙂

    1. HelloKishi Avatar

      Chox sevindim! Ruhlandirici hekayelerinizi ve ugurlarinizi gozleyirem!

  10. albatros Avatar
    albatros

    salam bu bolmeni yaxinda izleyirem.gozeldi.baslamaq isteyenler ucun gozel baslangizdi.izlemek yeterlidir deyerdim.haminiza bol bol ugurlar

  11. Aynur Avatar
    Aynur

    Mumin Sekman və Erdal Demirkıran üslubunun bir insanda təzahürü deyirəm sadəcə. :)))

  12. Aydan Avatar
    Aydan

    gozell

  13. Unsiyya Avatar
    Unsiyya

    Demek olar ki yazdiqlarinizin hamisin oxumuwam. Bu yazini defelerle oxudum. dogrdan da bir gun her wey ucun cox gec ola biler. sizden o qeder wey oyrenirem ki. Her bir yazinizdan ozumcun nese gotururem.

  14. semayagmur Avatar

    “Ürəyin başı heç vaxt xarab olmur”. Əhsən! sevdim bu cümləni.

  15. Jalə Avatar
    Jalə

    Ah Bora-bora adası♥️Bu yazını oxumaq çox xoş oldu mənə😊Bunun üçün ,bundan başqa olan yazdığınız və yazacağınız bütün yazılar üçün təşəkkürlər😇

Leave a reply to Roya Cancel reply