Sən kimsən? Bir də düşün…
Rəfiqəm Ally hər mən rəqs eləyəndə videoya çəkib anasına göndərir, mənə də deyir ki, “Sənin qədər gözəl rəqs edən görməmişəm, anamın da ürəyi gedir“. Ally mənim rəqsimi kompliment eləyəndə mənə həmişə elə gülməli gəlir, ağlımda yarım saniyəlik 9 yaşıma qayıdıram, Səyyah rəqs ansamblında taxta kimi rəqs etməyim, ansambldakı Oksananın ideal şpaqat açmağı, mənim isə üçbucaq…